Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 02 oktyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, Nardaran sakinləri qəsəbənin “Səfixanı” adlanan 30 hektar torpaq sahəsinin məhkəmənin qərarı ilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskudero tərəfindən alınmasına etiraz ediblər.

Səfirliyin binası qarşısına toplaşan kənd sakinlərindən 5-i ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusunun nümayəndəsi ilə görüşmək istədiklərini bildiriblər. Sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə nardaranlıların məktubunu və piketin qətnaməsini səfirliyin nümayəndəsinə təqdim edib. Qətnamədə S. Eskuderonun hərəkətləri qanunsuz adlandırılıb və onun Azərbaycandan çıxarılması tələb olunub. Aksiya zamanı heç bir insident baş verməyib.

Qeyd edək ki, Nardarandakı “Səfixanı” adlanan ərazidəki 30 hektar torpaq sahəsi S. Eskudero tərəfindən 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlərsə bu hadisədən 1 il sonra xəbər tutublar. Məhkəmə qərarı Salman Cəbrayılov adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb. Nardaran sakinləri isə uzun illərdən bəri əkib becərdikləri torpaq sahəsinin ələ keçirməsinə qarşı çıxaraq, məhkəmə qərarının dəyişdirilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR