Bank Of Baku

Bakı sakininin evini qarət edən şəxs tutulub

Bakı sakininin evini qarət edən şəxs tutulub
# 02 oktyabr 2008 11:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Sentyabrın 30-da Bakı sakininin evi qarət edilib. Əzizbəyov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yerləşən Ziyarət Bəşirova məxsus evin pəncərəsini qıraraq içəri daxil olan naməlum şəxslər oradan pul və kompyuter ləvazimatları oğurlayıblar. 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Əzizbəyov rayon sakini, 1971-ci il təvəllüdlü Telman Hənifəyev olduğu müəyyən edilib. T. Hənifəyev artıq saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR