Bank Of Baku

Sumqayıtda qaz sızmasından yaranan partlayış nəticəsində bir nəfər ölüb

Sumqayıtda qaz sızmasından yaranan partlayış nəticəsində bir nəfər ölüb
# 02 oktyabr 2008 12:18 (UTC +04:00)
Bakı-APA. Dünən saat 09.10 radələrində Sumqayıt şəhərində Beton Zavodunun ərazisindəki tikilidə yaşayan Qardaşxan Hüseynova məxsus 2 otaqlı fərdi evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə qapı və pəncərələr sınıb, 6 kvadrat metr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Xəsarət alan Q. Hüseynov və arvadı Zümrüd Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmişlər. Q. Hüseynov xəstəxanada ölüdür.
Həmin gün saat 09.30 radələrində Suraxanı rayonundakı 1-ci Bülbülə küçəsindəki yeni tikilidə yaşayan Arif Məcnunova məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından partlayış baş verib. nəticədə evin qapı və pəncərələr sınıb, döşəmədə çatlar əmələ gəlib. Hadisə nəticəsində xəsarət alan A. Məcnunov, arvadı Sədaqət, qızları Aytac, Günel və oğlu Fərman Təcili Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR