Bank Of Baku

Müsabiqə yolu ilə prokurorluğa işə qəbul edilənlərin andiçmə mərasimi keçirilib

Müsabiqə yolu ilə prokurorluğa işə qəbul edilənlərin andiçmə mərasimi keçirilib
# 02 oktyabr 2008 13:22 (UTC +04:00)
Bakı-APA. Bu gün Baş Prokurorluqda Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun 90 illiyi ilə əlaqədar geniş Kollegiya iclası keçirilib. Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiyanın işində iştirak edən Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov peşə bayramı günü və 90 illik yubiley ilə əlaqədar prezident İlham Əliyevin müraciətini təqdim edib.
Baş prokuror Zakir Qaralov kollegiyada məruzə ilə çıxış edib. Baş prokuror bildirib ki, 90 illik tarixi ərzində Azərbaycan Prokurorluğu çətin və mürəkkəb inkişaf yolu keçib, dövlətçiliyin maraqlarına, insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşıb. Z. Qaralov «Prokurorluğun fəxri işçisi» döş nişanı, «Fəxri Fərmanı», «Azərbaycan Respublikasının Prokurorluğunun 90 illiyi» yubiley xatirə medalı ilə təltif edilən bəzi əməkdaşlara mükafatları, habelə vaxtından əvvəl və növbədənkənar verilmiş rütbələri təqdim edib. Prokurorluq işçilərinin peşə bayramı günü və yubileyə həsr olunmuş geniş Kollegiya iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul edilib.
Daha sonra Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluğa yeni qəbul edilən 79 gənc mütəxəssisin andiçmə mərasimi keçirilib. Baş prokuror bildirib ki, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilən 293 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 32 faizini təşkil edir.
Prokurorluğa işə qəbul olunan şəxslər barəsində əmr elan olunub. İşə qəbul olunanlar Dövlət bayrağı önündə təntənəli surətdə and içiblər, onlara baş prokuror tərəfindən xidməti vəsiqələr təqdim olunub.
Z. Qaralov ilk dəfə prokurorluğa işə qəbul olunan gənc mütəxəssisləri Baş Prokurorluğun rəhbərliyi adından stajor-prokurorluq işçisi kimi müxtəlif qurumlara təyinat almaları münasibətilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR