Bank Of Baku

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 02 oktyabr 2008 13:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon Polis Şöbəsinin müstəntiqi Rövşən Rəşidov APA-nın yerli bürosuna bildirib ki, rayonun Separadi kənd sakini, 1984-cü il təvəllüdlü Elşad Xəlil oğlu Qasımov idarə etdiyi VAZ-21-09 markalı, 10-XJ-408 dövlət nömrə nişanlı avtomobillə 1953-cü il təvəllüdlü Liman şəhər sakini Səkurə Əbdül qızı Mahmudovanı vurub. S. Mahmudova hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR