Bank Of Baku

Rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək uzun müddət axtarışda olan şəxs həbs edilib

Rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək uzun müddət axtarışda olan şəxs həbs edilib
# 02 oktyabr 2008 15:24 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən şəxs həbs edilib. Səbayel Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Rüfətoviç Məmmədov saxlanılıb.

Onun uzun müddət axtarışda olduğu və məsuliyyətdən yayındığı bildirilir. Faktla bağlı Səbayel RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR