Bank Of Baku

Ombudsman Elmira Süleymanova Vaşinqtonda keçirilən beynəlxalq konfransda iştirak edib

Ombudsman Elmira Süleymanova Vaşinqtonda keçirilən beynəlxalq konfransda iştirak edib
# 02 oktyabr 2008 16:11 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin Corctaun Universitetində Mərkəzi Avrasiya Tədqiqatlar Cəmiyyətinin doqquzuncu illik konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Cənubi Qafqazda və Mərkəzi Asiyada insan hüquqları, milli və dini tolerantlığın inkişafı və başqa mövzularla bağlı müzakirələr aparılıb. Mərkəzi Avrasiya Tədqiqatlar Cəmiyyətinin üzvü olan İnsan Hüquqları üzrə Müvəkkil E. Süleymanova “Cənubi Qafqazda tolerantlığın bərqərar olması” mövzusunda seminarda “Münaqişələrin həlli və davamlı inkişaf” adlı məruzə ilə çıxış edib. E. Süleymanova iştirakçılara Ermənistanın ölkəmizə qarşı 20 ildən bəri davam edən təcavüzü ilə bağlı kitablar və lifletlər təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR