Bank Of Baku

Bakı sakinindən küllü miqdarda narkotik vasitə götürülüb

Bakı sakinindən küllü miqdarda narkotik vasitə götürülüb
# 02 oktyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhər sakinindən 4 koloqramdan çox narkotik maddə götürülüb. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 20-ci Polis Bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rəşid Rəhman oğlu Pənahov şübhəli şəxs qismində saxlanılıb. R. Pənahovun üzərinə baxış keçirilərkən ondan ümumi çəkisis 4 kiloqram olan qurudulmuş marixuana və 0.223 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR