Bank Of Baku

Şəki sakinini quduz it qapıb

Şəki sakinini quduz it qapıb
# 02 oktyabr 2008 16:28 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonu Baltalı kənd sakini, 1977-ci il təvəllüdlü Mübariz Muxtar oğlu Yaqubovu it qapıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna, Şəki rayon Baltalı kənd sakinləri məlumat verib. Məlumata görə, M. Yaqubov qapan it quduz olub. M. Yaqubov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb və ona quduzluğa qarşı iynə vurulub.

Baltalı kənd sakinlərinin bildirdiyinə görə, sentyabr ayında kəndin 2 yaşlı sakini Elton Lətifovu da quduz it qapıb. E. Lətifovun valideynləri hadisədən 22 gün sonra həkimə müraciət edib. Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb. E. Lətifovun sentyabrın 27-də vəfat edib. E. Lətifovu da M. Yaqubovu qapan itin dişlədiyi ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR