Bank Of Baku

Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs edilib

Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs edilib
# 02 oktyabr 2008 16:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Yasamal rayonunda hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərərək zor tətbiq etməkdə təqsirli bilinərək barəsində axtarış elan olunmuş şəxs həbs edilib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən məlumat verilib. 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Murad Asif oğlu Quliyev həbs edilib. Polis İdarəsində M. Quliyevin barəsində açılan cinayət işinin icrasına başlanılıb və istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR