Bank Of Baku

Azərbaycanın hüquq müdafiəçiləri ABŞ dövlət katibinin müavini ilə görüşüblər

Azərbaycanın hüquq müdafiəçiləri ABŞ dövlət katibinin müavini ilə görüşüblər
# 03 oktyabr 2008 07:46 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Con Neqroponte ilə görüşüblər. Səidə Qocamanlı APA-ya bildirib ki, görüşdə ABŞ dövlət katibinin müavinin köməkçisi Metyu Brayza, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi də iştirak edib.

Görüşdə Azərbaycanda və Cənubi Qafqazda mövcud vəziyyət müzakirə olunub. Hüquq müdafiəçisinin sözlərinə görə, C. Neqroponte insan hüquqları, demokratiya, söz və din azadlığı, insan alveri, seçkilərdən sonra Azərbaycanı necə görmək istədikləri barədə hüquq müdafiəçilərinin fikirlərini öyrənib.

S. Qocamanlı deyib ki, onlar qeyd edilən məqamlar, həmçinin həbsdə olan jurnalistlərlə bağlı təkliflərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR