Bank Of Baku

Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsi sel suları altında qalıb

Şamaxı rayonunun bir neçə yaşayış məntəqəsi sel suları altında qalıb
# 03 oktyabr 2008 09:58 (UTC +04:00)
Şamaxı rayon Fövqəladə Hallar Komissiyasından APA-nın Şirvan bürosuna verilən məlumata görə, rayonun Sabir qəsəbəsində fərdi həyətyanı sahələr, küçələr, əkinə yararlı torpaqlar sel sularının gətirdiyi lil örtüyünün altında qalıb. Məlumata görə, 10-dan artıq yaşayış evini sel suları basıb. Rayonun Mərzəndiyə kəndinin sakinləri də güclü sel təhlükəsi ilə üzləşib, bir neçə evə ziyan dəyib. Gecə saatlarında sel basan evlərin sakinləri başqa əraziyə köçürülüb. Bakı-Şamaxı-Yevlax yolunun həmin ərazidən keçən hissəsində ötürücü qurğular sel sularına tab gətirməyərək fəaliyyətini dayandırıb və nəticədə yolda avtomobillərin hərəkəti yarım saat dayanıb. Avtomobillər su altında qalıb. Əraziyə texnika cəlb olunması nəticəsində yaranmış vəziyyət aradan qaldırılıb. Qeyd olunub ki, təhlükəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıb. Hadisə barədə baş nazirə, Fövqəladə Hallar Nazirliyinə, teleqramlar göndərilib. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri evlərə, ərazilərə baxış keçirərək dəyən ziyanı müəyyənləşdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR