Bank Of Baku

Güclü yağış Astarada faciəyə səbəb olub

Güclü yağış Astarada faciəyə səbəb olub
# 03 oktyabr 2008 10:25 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə Düriyyə kənd sakini, 1971-ci il təvəllüdlü Zəhra Sənan qızı Əzizovanı və onun qızı, 6-cı sinif şagirdi Səbinə Şahmar qızı Fərhadova dünən evlərinin yaxınlığındakı Pensər çayının üzərindəki körpüdən keçərkən suya düşüblər. Sel sularının qurbanı olmuş ana-balanın meyiti bu gün tapılıb.

Sel suları rayonun Ağkörpü kənd sakini Eldar Manaf oğlu Bağırova məxsus 3 otaqlı evi də dağıdıb. Rayonda daha 4 ev sel suları basması nəticəsində yararsız hala düşüb. Astara rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, , rayonun Pensər, Niki, Düriyyə, Həlikeş və Hərəc kəndlərindəki körpülər dağılıb. Güclü yağışlar rayonun elektrik təsərrüfatına da ciddi ziyan vurub, qeyd edilən ərazilərə verilən elektrik enerjisi kəsilib.

Rayon Fövqəladə Hallar Komissiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR