Bank Of Baku

Avropa Məhkəməsi Eynulla Fətullayevin şikayətini icraata götürüb

Avropa Məhkəməsi Eynulla Fətullayevin şikayətini icraata götürüb
# 03 oktyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Həbsdə olan jurnalist Eynulla Fətullayevin Avropa İnsan Haqları Məhkəməsinə ünvanladığı şikayəti icraata götürülüb. APA-nın xəbərinə görə, bu barədə E. Fətullayevin vəkili İsaxan Aşurov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib: “Artıq Avropa Məhkəməsi Azərbaycan hökumətinə Eynulla Fətullayevin həbsi ilə bağlı sorğu göndərib. Sorğuda jurnalistin həbsə alınmasının səbəbləri və onun işini aparan məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər yer alıb. Sorğunun cavablandırılması üçün isə Azərbaycan hökumətinə 16 həftə vaxt verilib”.

İ. Aşurov sentyabrın 25-də E. Fətullayevlə görüşdüyünü və bu mətbuat konfransını da onun xahişi ilə keçirdiyini bildirib. Vəkil jurnalistin səhhətindən heç bir şikayətinin olmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR