Bank Of Baku

Ədalət Partiyası Etimad İsmayılovla bağlı Rusiya səfirliyinə müraciət edib

Ədalət Partiyası Etimad İsmayılovla bağlı Rusiya səfirliyinə müraciət edib
# 03 oktyabr 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədalət Partiyası Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu, partiyanın sədr müavini Etimad İsmayılovun işi üzrə Çelyabinsk şəhər Mərkəzi rayon Məhkəməsində aparılan işə diqqət yönəldilib. Müraciətdə E. İsmayılovun həbsinin siyasi xarakterli olduğu qeyd olunub və səfirlikdən xahiş olunub ki, partiyanın sədr müavininin hüquqlarının qorunması, işə ədalətli baxılması üçün öz dövləti qarşısında məsələ qaldırsın.
Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk Vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.
Xatırladaq ki, E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 174/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR