Bank Of Baku

Hüquq müdafiəçisi Ruslan Bəşirli, Mirzə Sakit, Elçin Əmiraslanovla görüşüb

Hüquq müdafiəçisi Ruslan Bəşirli, Mirzə Sakit, Elçin Əmiraslanovla görüşüb
# 03 oktyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 1 saylı Cəzaçəkmə Müəssisəsində olub. Bu barədə APA-ya məlumat verən hüquq müdafiəçisi orada “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovla görüşdüyünü bildirib. Məhbusların səhhətləri ilə bağlı heç bir şikayətlərinin olmadığını vurğulayan komitə sədri M. Mədətovun əfv olunması üçün ölkə başçısına müraciət etdiyini bildirib. E. Behbudov bu gün həmçinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində olduğunu deyib. Komitə sədri bildirib ki, orada müalicə olunan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov, ömürlük məhbus Elçin Əmiraslanov və “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR