Bank Of Baku

14 yaşlı Bakı sakini qarət edilib

14 yaşlı Bakı sakini qarət edilib
# 03 oktyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda 14 yaşlı yeniyetmə qarət edilib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü Əli Eldar oğlu Əhmədov naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Ə. Əhmədova hücum çəkən şəxs onun pulunu və telefonunu əlindən alaraq hadisə yerindən qaçıb. 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, 1992-ci il təvəllüdlü Aydın Vaqif oğlu Əliyev saxlanılıb. Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR