Bank Of Baku

Sentyabrda Rusiyada milli zəmində ən çox cinayət azərbaycanlılara qarşı törədilib

Sentyabrda Rusiyada milli zəmində ən çox cinayət azərbaycanlılara qarşı törədilib
# 03 oktyabr 2008 13:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Ötən ay Rusiyada milli, dini və irqi ayrı-seçkilik zəminində ən çox cinayət azərbaycanlılara qarşı törədilib. APA-nın Moskva İnsan Hüquqları Bürosun hesabatına istinadən yaydığı məlumata görə, ötən ay ksenofobiya zəminində azərbaycanlılara qarşı törədilən cinayətlər nəticəsində iki soydaşımız ölüb, 12 soydaşımız yaralanıb. Ümumilikdə sentyabrda Rusiya ərazisində milli, dini və irqi ayrı-seçkilik zəminində 27 hücum faktı qeydə alınıb ki, nəticədə 11 nəfər ölüb, 34 nəfər yaralanıb. Hücuma məruz qalanlar arasında azərbaycanlılardan başqa özbəklər, inquşlar və taciklər də var. Qeyd olunan zəmində ən çox hücum faktları Moskva, Nijeqorod vilayəti və Sankt-Peterburqda qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR