Bank Of Baku

Lənkəranda üç avtomobil toqquşub

Lənkəranda üç avtomobil toqquşub
# 03 oktyabr 2008 13:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün günorta saatlarında Ələt-Astara yolunun 195-ci kilometrliyində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, Lənkəran rayonunun Liman şəhər sakinləri İlqar Daşdəmir oğlu Cəfərovun idarə etdiyi “VAZ-21-053” markalı, 10-FS-695 dövlət nömrə nişanlı, Rauf Elman oğlu Ağakişiyevin idarə etdiyi “KİA” markalı, 50-BH-390 dövlət nömrə nişanlı və Fazil Mürsəl oğlu Məmmədovun idarə etdiyi “İJ -2515” markalı, 10-BT-248 dövlət nömrə nişanlı avtomobillər bir-biri ilə toqquşub. Nəticədə F. Məmmədov müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın travmatologiya şöbəsinin həkimi İlham Qubadov F. Məmmədovun vəziyyətinin orta-ağır olduğunu bildirib. İlkin versiya kimi qeyd edilib ki, hadisəyə yolun sürüşkən olması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR