Bank Of Baku

Dağıstanda Azərbaycan vətəndaşının meyiti tapılıb

Dağıstanda Azərbaycan vətəndaşının meyiti tapılıb
# 03 oktyabr 2008 13:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Dağıstanda Zaqatala sakininin meyiti tapılıb. Dağıstanda çalışan Zaqatala sakinlərinin APA-ya verdiyi məlumata görə, sentyabrın 30-da Mahaçqala şəhərinin Separatornı qəsəbəsində üzərində zorakılıq əlamətləri olan, 40-45 yaşlarında kişi meyiti tapılıb. Dağıstan milisinin apardığı araşdırmalar nəticəsində bunun Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayıl Qədirovun cəsədi olduğu məlum olub. İlkin araşdırmalar zamanı həmçinin C. Qədirovun öldürüldüyü qeyd edilib. Məlumata görə, bu versiya üzrə Dağıstan milisi tərəfindən araşdırma aparılır.
C. Qədirovun meyiti ötən gün doğulduğu Yuxarı Çardaxlar kəndinə gətirilərək torpağa tapşırılıb. Y. Çardaxlar kənd icra nümayəndəsi Məhəmməd Hacıməmmədov isə APA-ya açıqlamasında C. Qədirovun cəsədinin üzərində heç bir zorakılıq əlamətlərinin olmadığını və mərhumun epilepsiyadan əziyyət çəkdiyini bildirib. İcra nümayəndəsinin sözlərinə görə, C. Qədirov məhz bu xəstəlikdən vəfat edib.
C. Qədirovun Dağıstana işləmək üçün getdiyi və yaxın qohumları ilə birgə Mahaçqala şəhərində tikinti obyektlərindən birində çalışdığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR