Bank Of Baku

Gəncədə silah-sursat aşkarlanıb

Gəncədə silah-sursat aşkarlanıb
# 03 oktyabr 2008 13:48 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı–APA. Gəncədə Nizami məqbərəsinin yaxınlığında, Gəncə-Bakı yolunun ikinci kilometrliyində yerləşən zibilxanada xeyli miqdarda silah-sursat aşkarlanıb. Gəncə şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna bildirilib ki, həmin ərazidə silah-sursatın olduğu ötən gün Kəpəz rayon Polis Şöbəsinə gələn anonim zəngdən sonra aşkarlanıb. Polis Şöbəsi əməkdaşları əraziyə baxış keçirib və zibilxanada olan dəmir qutunun içərisində xeyli sayda əl qumbarası, sandıqca və patron aşkarlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR