Bank Of Baku

Saatlı sakini minaya düşüb

Saatlı sakini minaya düşüb
# 03 oktyabr 2008 14:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Saatlı rayonunun Dədə Qorqud kəndinin sakini Yaqub Hüseynov Xocavənd rayonunun Qaradağlı kəndi ərazisinə aid sahədə baş verən mina partlayışından xəsarət alıb. ANAMA-dan APA-ya verilən məlumata görə, Y. Hüseynov Qaradağlı kəndi ərazisinə aid olan sahədə traktorla əkin sahəsini şumlayarkən tank əleyhinə (TƏ) minaya düşüb. Yaralı Bakı şəhər xəstəxanalarından birinə aparılıb. Hazırda xəstənin vəziyyəti ağırdır. ANAMA-dan bildirilib ki, həmin ərazinin təhlükəli olması haqqında dəfələrlə aidiyyəti qurumlara məlumat verilib. Buna baxmayaraq, həmin ərazilərə yerli sakinlərin daxil olmasına və orada kənd təsərrüfatı işlərinin aparılmasına qadağa qoyulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR