Bank Of Baku

Oğurluqda təqsirləndirilən Sabirabad sakini həbs edilib

Oğurluqda təqsirləndirilən Sabirabad sakini həbs edilib
# 03 oktyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində oğurluqla məşğul olan Sabirabad sakini həbs edilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1973-cü il təvəllüdlü Sakit Ağayev aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda saxlanılıb. S. Ağayev gecələr Binəqədi rayonu ərazisində mənzillərə daxil olaraq külli miqdarda pul və məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Məlumata görə, S. Ağayev beş oğurluq hadisəsində iştirak edib və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR