Bank Of Baku

Respublika baytarlıq xidməti 19 rayonda yeni inzibati bina tikir

Respublika baytarlıq xidməti 19 rayonda yeni inzibati bina tikir
# 03 oktyabr 2008 22:30 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov-APA. Respublika baytarlıq xidməti regionlarda infrastrukturunu genişləndirmək məqsədi ilə yeni inzibati binalar tikir. Bu barədə APA-nın Mil-Muğan bürosuna Respublika Baytarlıq Xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Y. Xanvəlinin bildirdiyinə görə, ərzaq təhlükəsizliyi üzrə dövlət proqramından irəli gələn tədbirlər planı çərçivəsində baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədi ilə ölkənin 19 rayon mərkəzində baytarlıq binaları tikilir. Bununla yanaşı müasir baytarlıq laboratoriyaları və diaqnostika məntəqələri də açılır. Eyni zamanda gələn ildən respublikanın 31 rayonunda kənd ərazilərində baytarlıq xidməti göstərilməsi üçün sahə baytarlıq məntəqələrinin tikilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR