Bank Of Baku

Bu ilin 9 ayında Bakıda baş verən yol qəzalarında 238 nəfər ölüb

Bu ilin 9 ayında Bakıda baş verən yol qəzalarında 238 nəfər ölüb
# 03 oktyabr 2008 16:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu ilin 9 ayı ərzində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 238 nəfər ölüb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədovun bildirib ki, yanvar ayının 1-dən sentyabr ayının 27-dək Bakı şəhərində 1048 yol qəza hadisəsi baş verib. Yol qəzaları nəticəsində 238 nəfər ölüb, 1203 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövri ilə müqayisədə yol qəzalarının sayının xeyli azaldığını vurğulayan V. Əsədov bunun DYP əməkdaşlarının apardığı uğurlu əməliyyat tədbirləri nəticəsində mümkün olduğunu bildirib. V. Əsədov həmçinin son bir həftə ərzində Bakı şəhərində 9879 sürücünün qanun pozuntusuna görə saxlanıldığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR