Bank Of Baku

Xətai rayonunda axtarışda olan şəxs həbs edilib

Xətai rayonunda axtarışda olan şəxs həbs edilib
# 03 oktyabr 2008 16:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakının Xətai rayonunda axtarışda olan şəxs həbs edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1974-cü il təvəllüdlü Xalıq Mehman oğlu Əhmədzadə dələduzluq törətməkdə təqsirli bilinir. İki ay əvvəl törətdiyi əmələ görə, barəsində axtarış elan olunan X. Əhmədzadə 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaqa cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR