Bank Of Baku

Azərbaycanın Kürdəmir rayonunda dəhşətli yol qəzası baş verib, ölənlər var

Azərbaycanın Kürdəmir rayonunda dəhşətli yol qəzası baş verib, ölənlər var
# 04 oktyabr 2008 08:14 (UTC +04:00)
Şamaxı rayon Bağırlı kənd sakini, 1964-cü il təvəllüdlü Mətləb Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı, 10 DT 452 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Emin Zərədənin idarə etdiyi “Ford” markalı, 06 AP 2214 nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü M. Rəsulov və sərnişin, 1978-ci il təvəllüdlü Rahim Cəbrayılov hadisə yerindəcə keçinib. Maşında olan digər sərnişin, 1986-cı il təvəllüdlü Qabil Səfərov ağır bədən xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onu vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR