Bank Of Baku

Şəkidə Tunc dövrünə aid metal əridən soba tapılıb

Şəkidə Tunc dövrünə aid metal əridən soba tapılıb
# 04 oktyabr 2008 08:30 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Şəki rayonunda Tunc dövrünə aid metal əridən soba tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax-Sarıca arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov məlumat verib. N. Muxtarovun sözlərinə görə, soba Şəki rayonu Baş Küncüt kəndindən 5 km şimala doğru, Küncüt çayı hövzəsində Covur qalası ətəyində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. N. Muxtarovun Arxeologiya və Etnoqrafiya İnstitutunun laboratoriya müdiri Əzizə Həsənova ilə birgə apardığı təhqiqat zamanı sobanın Tunc dövrünə aid olduğu, sobanın içərisində olan qalıqlardan burada qədim dövrdə mis əridildiyi müəyyənləşib.

N. Muxtarov, Şəki rayon ərazisində aşkar olunan sobanın respublika ərazisində tapılmış üçüncü qədim metal əridən soba olduğunu, ilk iki sobanın Naxçıvan və Qazax rayonu ərazisində tapıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR