Bank Of Baku

Satıcını qarət edən şəxs həbs olunub

Satıcını qarət edən şəxs həbs olunub
# 04 oktyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Binəqədi rayonunda mağaza satıcısı qarət edilib. Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayonun İ. Dadaşov küçəsində yerləşən mağazada satıcı işləyən, 1987-ci il təvəllüdlü Fərqiyyə Mirzəyevanın telefonunu və pulunu oğurlayıb qaçmaq istəyən 1974-cü il təvəllüdlü Füzuli Quliyev 5-ci Polis Bölməsinin və Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.

F. Quliyevin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR