Bank Of Baku

Bakıda 69 yaşlı qadın qarət edilib

Bakıda 69 yaşlı qadın qarət edilib
# 04 oktyabr 2008 09:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 69 yaşlı qadın qarət edilib. Bakı şəhəri Nizami rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən bazarların birində baş verib. Naməlum şəxs Bakı şəhər sakini, 1939-cu il təvəllüdlü Hənifə Timirovanın əlindəki pul olan çantanı alaraq hadisə yerindən qaçıb. RPİ-nin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1968-ci il təvəllüdlü İlqar Əhmədov həbs olunub. İ.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR