Bank Of Baku

Ermənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib

Ermənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib
# 04 oktyabr 2008 12:19 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, Tərtər çayının suyu həddindən artıq bulanıb, çayda kütləvi şəkildə balıq və digər suda yaşayan canlıların cəsədi aşkarlanıb.
Eyni zamanda, ermənilər işğal altında olan Sərsəng su anbarında lil qatını təmizləməyə başlayıblar. APA-ya daxil olan məlumata görə, təmizləmə işləri Rusiya şirkəti tərəfindən həyata keçirilir. Təmizləmə prosesi hətta Dağlıq Qarabağda fəaliyyət göstərən erməni televiziyalarında da nümayiş etdirilib. Sərsəng gölü də daxil olmaqla, ətrafdakı su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdindəki Su Problemləri İnstitutunun əməkdaşları tərəfindən analizlər aparılıb. Məlum olub ki, çayın suyu 90% istifadəyə yararsızdır. Suyun tərkibində ammonyak maddəsi də aşkarlanıb. Ən son məlumatlara görə, Tərtər və Bərdə rayonlarının çay boyu yaşayış məntəqələrinin su təchizatında çətinlik yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR