Bank Of Baku

Bərdədə ağır yol qəzası baş verib, bir hərbçi ölüb, beş nəfər isə yaralanıb

Bərdədə ağır yol qəzası baş verib, bir hərbçi ölüb, beş nəfər isə yaralanıb
# 05 oktyabr 2008 13:13 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə istiqamətində hərəkət edən 44 BC 160 nömrə nişanlı VAZ-2106 markalı «Jiquli» əks istiqamətdə irəliləyən, Bərdə rayon Bəciravn kənd sakin, 1968-ci il təvəllüdlü Əlizamin Səmədovun idarə etdiyi 90 CM 085 nömrəli «Mercedes» markalı avtomobillə toqquşub.

Nəticədə «Jiquli»də olan sərnişin, Ağdam rayon sakini, hərbçi Quliyev Bəhruz Şahin oğlu hadisə yerindəcə həlak olub. Maşının sürücüsü, Etibar Süleymanov, sərnişinlər, Bakı şəhəri, Yasamal rayon sakini, 1986-cı il təvəllüdlü Yusif Babayev, Ağdam rayon sakini, 1989-cu il təvəllüdlü Elmir Süleymanov, Ağdam rayon sakini, 65 yaşlı Ofeliya Süleymanova, «Mercedes»in sərnişini, 1940-ci il təvəllüdlü Tamara Salahova xəsarət alıb.

Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Ofeliya Süleymanovanın vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR