Bank Of Baku

Bakıda 16 yaşlı yeniyetmə qarət edilib

Bakıda 16 yaşlı yeniyetmə qarət edilib
# 06 oktyabr 2008 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ötən gecə Binəqədi rayonunda qarət hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1992-ci il təvəllüdlü Talıb Ağalarov iki nəfər tərfindən hücuma məruz qalıb. Quldurlar onun üstünə bıçaq çəkməklə hədə-qorxu gələrək külli miqdarda pulunu və mobil telefonunu alıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər tapılıb. Məlum olub ki, qarəti Ağcabədi rayon sakini, 1981-ci il təvəllüdlü Zahir Sadıqov və Göygöl rayon sakini, 1985-ci il təvəllüdlü Famil Novruzov törədib. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı quldurluq əməlini tamah məqsədi ilə törətdiklərini etiraf ediblər. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR