Bank Of Baku

Kürdəmirdə baş verən yol qəzasında 81 yaşlı piyada ölüb

Kürdəmirdə baş verən yol qəzasında 81 yaşlı piyada ölüb
# 06 oktyabr 2008 08:15 (UTC +04:00)
Kürdəmir- Şahnəzər Bəşirov- APA. Dünən saat 19.00 radələrində Kürdəmir rayonunun Topal Həsənli kəndi ərazisində ölümlə nəticələnin yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun 29-cu kilometrliyində rayonun Şıxımlı kənd sakini 1969-cu il təvəllüdlü İbrahimov Azad Əlövsət oğlunun idarə etdiyi 35-BY-331 dövlət nömrə nişanlı VAZ-21-011 markalı avtomobili Topal Həsənli kənd sakini 1927-ci il təvəllüdlü Şirəliyev Böyükağa Hacıqulu oğlunu vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR