Bank Of Baku

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində yaralanan 35 sərnişindən 12-si Azərbaycan vətəndaşıdır

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində yaralanan 35 sərnişindən 12-si Azərbaycan vətəndaşıdır
# 06 oktyabr 2008 08:43 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib. Səfirin sözlərinə görə, həmvətənlərimizin əksəriyyəti ilk tibbi yardımdan sonra buraxılıblar.

Qeyd edək ki, hadisə dünən baş verib. “İqdırlılar” firmasına məxsus sərnişin avtobusunun “Jeep” markalı avtomaşınla toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi uçuruma yuvarlanıb. Hələlik qəzada yaralananlardan 13-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Artıq xəsarət almış azərbaycanlılardan üçünün adı açıqlanıb. Bunlar Firəddin Səfərov, Məhərrəm Məhərrəmov və Hikmət Seyidovdur. Xəsarət almış digər soydaşlarımızın kimliyi dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR