Bank Of Baku

Bakıda avtomobil qaçırmaqda təqsirləndirilən şəxs tutulub

Bakıda avtomobil qaçırmaqda təqsirləndirilən şəxs tutulub
# 06 oktyabr 2008 09:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında avtomobil oğurluğunda təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi M. Cəlal küçəsində yerləşən avtotəmir sexində baş verib. Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxs tərəfindən Biləcəri qəsəbə sakini, 1985-ci il təvəllüdlü Arzuman Hüseynova məxsus VAZ-21-07 markalı, 10-DT-392 dövlət nömrə nişanlı avtomobilin oğurlanması barədə məlumat verilib. Daxil olan məlumat əsasında 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb və axtarış tədbirlərinə başlanıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində maşını qaçıran 1965-ci il təvəllüdlü Əsgər Talıbov saxlanılıb. Ə. Talıbovun həmçinin maşını qaçırdıqdan sonra qəza törətdiyi bildirilir. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR