Bank Of Baku

Lənkəranda 50 yaşlı qadın intihar edib

Lənkəranda 50 yaşlı qadın intihar edib
# 06 oktyabr 2008 09:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, rayonun Xanbulan kənd sakini 1958-ci il təvəllüdlü Ərkinaz Həsən qızı Əşrəfova özünü asaraq intihar edib. Bu gün səhər saatlarında Ə. Əşrəfovanın meyiti qonşusunun tövləsində aşkar edilib. İntiharın səbəbləri bəlli deyil. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR