Bank Of Baku

Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Ələt-Astara yolunda ölümlə nəticələnən yol qəzası baş verib
# 06 oktyabr 2008 09:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün səhər saat 3.40 radələrində Ələt-Astara yolunun 197-ci kilometrliyində, Lənkəran rayonu Göy Şaban kəndi ərazisində ağır yol qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Astara rayon sakini, 1962-ci il təvəllüdlü Elnar Əhmədxan oğlu Qəniyevin idarə etdiyi VAZ-21-06 markalı, 07-BB-105 dövlət nömrə nişanlı avtomobil Lənkəran rayonu Digah kənd sakini, 1985-ci il təvəllüdlü Zamiq Akif oğlu Bəşirovun idarə etdiyi YMZ markalı, 42-T-02-42 nömrə nişanlı traktorla toqquşub. Nəticədə E. Qəniyevin sərnişini Astara rayonu Ərkivan kənd sakini, 1972-ci il təvəllüdlü İlqar Mirzə oğlu Əliyev hadisə yerində ölüb. İlkin versiyaya görə, hadisəyə havanın qaranlıq olması, traktorun qoşqusunun işıqlarının yanmaması səbəb olub. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR