Bank Of Baku

Kürdəmirdə baş verən yol qəzasında üç nəfər ölüb

Kürdəmirdə baş verən yol qəzasında üç nəfər ölüb
# 06 oktyabr 2008 09:59 (UTC +04:00)
Kürdəmir- Şahnəzər Bəşirov-APA Ötən gecə saat 22.30 radələrində Bakı-Qazax magistral yolunun Ağsu-Kürdəmir-İmişli yolu ilə kəsişməsində baş verən yol qəzasında 3 nəfər ölüb. Kürdəmir rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, Cəbrayıl rayonundan olan məcburi köçkün, hazırda Biləsuvar rayonundakı qaçqın şəhərciyində yaşayan 1970-ci il təvəllüdlü Hacıyev Arif Mürsəl oğlunun idarə etdiyi 02-BC-230 dövlət nömrə nişanlı VAZ-21-011 markalı minik avtomobili Bakı istiqamətində hərəkət edən Türkiyənin Koçeli- İzmit şəhər sakini, 1952-ci il təvəllüdlü Kinc Osman Mehmet oğlunun idarə etdiyi 34-YJ-4840 nömrə nişanlı “Volvo” markalı qoşqulu yük avtomaşını ilə toqquşub. Nəticədə VAZ-21-011 markalı avtomobilin sürücüsü A. Hacıyev və onun sərnişinləri Göyçay rayonu Çərəkə kənd sakini 1984-cü il təvəllüdlü Əhmədov Elmir Oqtay oğlu, 1966-cı il təvəllüdlü Bakı şəhəri Biləcəri qəsəbə sakini İsmayılov Roman Ümidvar oğlu hadisə yerində ölüblər. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR