Bank Of Baku

Salyan sakinindən narkotik vasitə götürülüb

Salyan sakinindən narkotik vasitə götürülüb
# 06 oktyabr 2008 12:39 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov-APA. Salyan sakinindən küllü miqdarda narkotik vasitə götürülüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Mirzağa Qafarov bildirib. Onun sözlərinə görə, Salyan sakini Ə. Hüseynov küçəsi 55 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Hacıyev Mehman Ağasən oğlunun həyətyanı sahəsindən 3 ədəd çətənə kolu, evindən isə 3 kq qurudulmuş və 30 ədəd satışa hazırlanmış və kibrit qutusuna doldurulmuş narkotik vasitə olan marixuana aşkar edilib. Mehman Hacıyev həbs edilib. Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR