Bank Of Baku

Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib

Permdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin şəxsiyyəti müəyyənləşdirilib
# 06 oktyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sentyabrın 14-də Perm yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlardan 35-nin kimliyi artıq məlum olub. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Sverdlovsk məhkəmə-tibb ekspertizası bürosunun rəisinin müavini Vladimir Qromov bildirib ki, oktyabrın sonunadək aviaqəzada həlak olanların hamısının cəsədi identifikasiya olunacaq. Ekspertiza bitəndən sonra nəticələr Rusiya Prokurorluğunun İstintaq Komitəsinə göndəriləcək.

Qeyd edək ki, qəza nəticəsində 88 sərnişin ölüb. Onların arasında 7-si Azərbaycan vətəndaşı olmaqla, 8 azərbaycanlı və əslən Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsindən olan 4 nəfərdən ibarət Naxumovlar ailəsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR