Bank Of Baku

Əli İnsanovun bacısı oğlu əfv üçün prezidentə müraciət edib

Əli İnsanovun bacısı oğlu əfv üçün prezidentə müraciət edib
# 06 oktyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Keçmiş səhiyyə naziri Əli İnsanovun bacısı oğlu Anar Namazov əfv olunması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

Hüquq müdafiəçisi deyib ki, o, bu gün 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Eynulla Fətullayev və Anar Namazovla görüşüb. Hər iki məhbus səhhətlərində heç bir problemin olmadığını deyiblər. Görüşdə A. Namazovun əfv olunmaq üçün ölkə başçısına müraciət etdiyini də bildirib.

Komitə sədri 13 saylı Cəzaçəkmə Müəssisəsində isə sabiq səhiyyə naziri Ə. İnsanovla görüşüb. Sabiq nazir saxlanma şəraitindən və səhhətindən şikayət edib.

E. Behbudov həmçinin 1 saylı İstintaq Təcridxanasinada da baş çəkib. O bildirib ki, cəzaçəkmə müəssisələrində psixoloqa ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR