Bank Of Baku

İlyas İsmayılovun oğlu məhkəmə zamanı zaldan çıxarılıb

İlyas İsmayılovun oğlu məhkəmə zamanı zaldan çıxarılıb
# 06 oktyabr 2008 15:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə iclası keçirib. E. İsmayılovun vəkili Cərulla Ramazanovun APA-ya verdiyi məlumata görə, Çelyabinsk şəhər Mərkəzi Rayon Məhkəməsində keçirilən iclasda müttəhimlər - “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, “Russkaya Zernovaya Kompaniya”nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov, bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya” şirkətinin direktoru Vladimir Şvadçenko məhkəmənin gedişinə etirazlarını bildiriblər. V. Şvadçenkodan başqa digər ittiham olunanlar məhkəmə heyətinə də etimadsızlıq nümayiş etdiriblər. E. İsmayılov isə bildirib ki, işə Moskvada baxılması təmin edilməsə, müdafiədən də imtina edəcək. Yaranan mübahisəni sakitləşdirmək məqsədilə prosesə sədrlik edən hakim E. İsmayılovu zaldan çıxarıb. Sonra isə məhkəmənin sabah – oktyabrın 7-də davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR