Bank Of Baku

Azərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan meyit tapılıb

Azərbaycan paytaxtında üzərində zorakılıq əlamətləri olan meyit tapılıb
# 06 oktyabr 2008 15:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında növbəti qətl hadisəsi baş verib. Yasamal rayon prokuroru Həsrət Pirməmmədovun APA-ya verdiyi məlumata görə, 50 yaşlı Bakı sakini naməlum şəraitdə qətlə yetirilib. 1958-ci il təvəllüdlü Natiq Firudin oğlu Əhmədovun cəsədi bu səhər Yasamal rayonu ərazisində tapılıb.

Prokurorun dediyinə görə, tibbi ekspertiza cəsədin üzərində zorakılıq əlamətlərinin olduğunu müəyyən edib. Lakin hadisənin kim tərəfindən törədildiyi və cinayətin hansı zəmində baş verməsi barədə hələlik heç bir məlumat yoxdur.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR