Bank Of Baku

Ramil Usubov Enn Dersi ilə görüşüb

Ramil Usubov Enn Dersi ilə görüşüb
# 06 oktyabr 2008 15:46 (UTC +04:00)
Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi ilə görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər və polisin qarşısında duran vəzifələr barəsində məlumat verib. Görüşdə qeyd olunub ki, ATƏT-in Bakı Ofisinin dəstəyi ilə Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi ilə birlikdə «Polis işçilərinin toplaşmaq azadlığı üzrə maarifləndirilməsi» mövzusunda zonalar üzrə bir sıra tədbirlər həyata keçirilib. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran və Qazax şəhər-rayon polis orqanlarının bazasında media, yerli icra hakimiyyəti nümayəndələrinin və polis əməkdaşlarının iştirakı ilə sərbəst toplaşmaq azadlığı, polisin hüquq və vəzifələri, icazəsiz kütləvi etiraz aksiyalarının qarşısının alınması, kütləvi aksiyalar zamanı polisin hərəkətləri, icazəsiz kütləvi aksiyaların dağıdılması zamanı istifadə olunan xüsusi vasitələr barədə seminar məşğələləri keçirilib. ATƏT-in əlaqələndiriciliyi, ABŞ, Fransa, Türkiyə, Almaniya, Macarıstan dövlətlərinin iştirakı və maliyyə dəstəyi ilə hazırlanaraq Bakı şəhərində keçirilən təlim kurslarında 500 nəfərədək polis əməkdaşı və Daxili Qoşunların 1500 hərbi qulluqçusu iştirak edib. Seçkilərlə bağlı vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərdən danışan nazir bildirib ki, seçki hüququna malik olan 18 yaşdan yuxarı 4 milyon 849 minə yaxın vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Enn Dersi Azərbaycan, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün daha artıq səylər göstərəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR