Bank Of Baku

Azərbaycan paytaxtındakı barlardan birində xadimə barmeni qətlə yetirib

Azərbaycan paytaxtındakı barlardan birində xadimə barmeni qətlə yetirib
# 07 oktyabr 2008 07:59 (UTC +04:00)
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən, Nofəl Qocayevə məxsus “N-Klub” barında xadimə işləyən, Xətai rayon sakini, 1973-cü il təvəllüdlü Arzu Fail qızı Əliyeva şəxsi münaqişə zəminində orada barmen işləyən, 1980-cı il təvəllüdlü, Xətai rayon sakini Rasim Valeh oğlu Əliyevi bıçaqla qətlə yetirib.

Meyitin müayinə zamanı məlum olub ki, R. Əliyev qarın nahiyəsindən aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisəni törədən A. Əliyeva isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR