Bank Of Baku

Mayis Məmmədov: “Ötən gün intihar etmiş Emin Cəbrayılov ANS-ə yeni işə götürüldüyündən onu o qədər də yaxından tanımırdıq”

Mayis Məmmədov: “Ötən gün intihar etmiş Emin Cəbrayılov ANS-ə yeni işə götürüldüyündən onu o qədər də yaxından tanımırdıq”
# 07 oktyabr 2008 08:38 (UTC +04:00)
Bu sözləri APA-ya ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayıs Məmmədov deyib. M. Məmmədovun sözlərinə görə, bir ay əvvəl şirkətdə mühasib kimi işə götürülən E. Cəbrayılov son günlər işə gəlmirmiş. Onun intihar etməsinin səbəblərinin şirkət rəhbərliyi tərəfindən də araşdırıldığını vurğulayan M. Məmmədov mərhumun ANS-lə bağlı hər hansı narazılığının olmadığını söyləyib. M. Məmmədov, həmçinin, hadisə ilə əlaqədar şirkət rəhbərliyindən heç kəsin dindirilmədiyini bildirib: “Emin Cəbrayılov işə yeni götürüldüyü üçün onu o qədər də yaxından tanımırdıq”.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü Emin Yunsur oğlu Cabrayılov oktyabrın 6-da saat 15:00 radələrində Nəsimi rayonu Qulu Quluyev küçəsi, 21 ünvanında yerləşən yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Nəsimi Rayon Prokurorluğundan (RP) APA-ya verilən məlumata görə, hazırda istintaq qrupu intiharın baş vermə səbəblərini araşdırır. Faktla bağlı Nəsimi RP-də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR