Bank Of Baku

Bakıda 3 avtomobil toqquşması nəticəsində 1 nəfər ölüb

Bakıda 3 avtomobil toqquşması nəticəsində 1 nəfər ölüb
# 07 oktyabr 2008 08:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ötən gecə paytaxtda 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə gecə saat 00.00 radələrində Ziya Bünyadov prospektində baş verib. Atamalı Əsədovun idarə etdiyi “Kamaz” markalı yük maşını əks istiqamətdə hərəkət edən “Maz-54” markalı yük maşını ilə daha sonra isə “Mercedes-190” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hadisə yerində olan piyadalar - Elzamin Qədirov və Elxan Məmmədov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. E. Qədirov xəstəxanada keçinib. Digər yaralının isə vəziyyəti ağırdır. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR