Bank Of Baku

Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb

Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb
# 10 oktyabr 2008 07:56 (UTC +04:00)
Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə Bakı-Şamaxı magistral yolunun 41-ci kilometrliyində, Abşeron rayonu ərazisində baş verib. Şamaxı istiqamətində hərəkət edən, Sülh Hüseynovun idarə etdiyi “Ford” markalı sərnişin mikroavtobusu əks istiqamətdə hərəkət edən Vahid Həsənovun idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 3 nəfər hadisə yerindəcə keçinib.

Ölənlərin Şamaxı sakinləri olduğu, hazırda onların şəxsiyyətinin müəyyənləşdirildiyi bildirilir. Bundan başqa, mikroavtobusda olan bir neçə nəfər ağır yaralanıb.

Faktla bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR