Bank Of Baku

3 saylı Şəhər Klinik Xəstəxanasında körpənin satılması iddiası ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb

3 saylı Şəhər Klinik Xəstəxanasında körpənin satılması iddiası ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb
# 10 oktyabr 2008 15:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, Bakı sakini Gültəkin Həsənova hüquq-mühafizə orqanlarına müraciət edərək, yeni doğulmuş körpəsinin adı çəkilən xəstəxana əməkdaşları tərəfindən satıldığını iddia edir. Məlumata görə, xəstəxananın həkimi və tibb bacısı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, G. Həsənova bu il oktyabrın 7-də övladını dünyaya gətirib.

3 saylı Şəhər Klinik Xəstəxanasından isə faktla bağlı maraqlı məlumatlar daxil olub. Xəstəxanadan bildirilib ki, yeni doğulmuş körpəsinin satıldığını iddia edən Gültəkin Həsənova adında şəxs bu xəstəxananın doğum evinə daxil olmayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsinə yalnız avqustun 21-də Vəfa Əliabbas qızı İsayeva adında qadın axşam saat 18:00 radələrində doğuş üçün müraciət edib. Lakin bu xanımın üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Onun adı və soyadı öz sözləri əsasında qeyd olunub. Uşaq “qipoksiya” (göbək ciyəsinin 2 dəfə boğaza dolanması) vəziyyətində doğulduğu üçün 15 saat xəstəxanada saxlanıldıqdan sonra K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Lakin körpə 6 saat sonra burada “poskistoz” vəziyyətində dünyasını dəyişib.

Xəstəxanadan deyirlər ki, burada yaxın aylarda Gültəkin Həsənova adında xəstə qeydiyyatda olmadığı üçün onlar elə Vəfa İsayeva adı ilə özünü qeydiyyata saldıran qadının G. Həsənova olduğunu güman edirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə Gültəkin Həsənovanın şikayəti əsasında açılmış cinayət işində V. İsayevanın da adının keçdiyini təsdiqləyib. Lakin bu şəxsin cinayət işində şikayətçi, şahid və ya təqsirləndirilən olması ilə bağlı məlumat verilmir.

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan isə avqustun 20-25-i arasında onlara Vəfa İsayeva adında ananın və körpəsinin xəstə kimi daxil olmadığını bildiriblər.

Qeyd edək ki, DİN-in mətbuat xidmətindən APA-ya Gültəkin Həsənovanın şikayəti əsasında 3 saylı Şəhər Klinik Xəstəxanasının işçilərinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

DİN-dən onu da deyiblər ki, faktla bağlı istintaq yekunlaşandan sonra ətraflı açıqlama veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR